Süd dişləri

Körpələr 6-cı aydan diş çıxarmağa başlayırlar. Bəzən bu proses 2-ci aydan etibarən, bəzən isə hətta 1 yaşından sonra baş verir. Körpənin diş çıxarması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir. Süd dişləri alt, ön tərəfdən başlayaraq çıxır və təxmini olaraq 3 yaşda tamamlanır. Bu dövrdə uşağın ağzında cəmi 20 ədəd süd dişi alt və üst çənədə simmetrik olaraq yerləşir.

Daimi dişlər isə 6 yaşdan çıxmağa başlayır. Körpənin dişləri çıxarkən ağrılarını yüngülləşdirmək üçün körpəyə diş ətlərini qaşıya biləcəyi, xüsusilə soyuq (soyuq bir banan, rezin bir diş halqası və s.) şeylər verilə bilər. Lakin həmin əşyaların boğazında qalmaması üçün nəzarət edilməlidir. Diş halqası seçərkən məhsulun plastik və ya boyalı olmaması lazımdır. Körpənin diş çıxardığı dövrdə maye içməsini təmin etmək lazımdır. Çünkü bu zaman körpənin tüpürcəyi çox axdığı üçün mayeyə ehtiyacı daha da artır.

Süd dişləri

Süd dişlərin müayinəsi

müalicəsi.

Komanda üzvləri