İmplantasiya

Hər bir stomatoloq təsdiq edər: implant protezlər itirdiyiniz dişlərin bərpası üçün ən yaxşı üsuldur. İmplantat çənə sümüyünə yerləşdirilən, titandan hazırlanmış süni diş köküdür. Dişlərin ″əkilməsi″ cərrah-iplantoloq tərəfindən həyata keçirilir. 2-4 ay sonra, implantat tam bitişdikdə, ortoped onun üzərinə diş qapağı, yaxud protez bərkidir.

Bəzi hallarda, təcrübəli mütəxəssislər xüsusi implantatlardan istifadə edərək, eynizamanlı implantasiya həyata keçirə bilirlər. Bu zaman implantat və müvəqqəti diş qapağı xarab diş çıxarıldıqdan dərhal sonra onun yerinə taxılır, yəni dişsiz qalıb əziyyət çəkdiyiniz zaman sıfıra endirilir. Avropa və ABŞ-da implantatlar artıq 40 ildir istifadə olunur və bugünədək ən geniş yayılmış protez təminatı üsulu sayılır.

Əvvəl və Sonra

İmplantasiyadan əvvəl

İmplantasiyadan sonra olan fərq.

Komanda üzvləri