İmplantasiya
Klinikamıza müraciət edən pasientimizin diş sıralarında bəzi dişlərinin əskikliyi səbəbi ilə estetik, funksional şikayətləri var idi.
Mövcud olan bir qrup dişlərə zirkon qapaqlar hazırladıq.
Çəkilmiş itirilmiş dişləri isə implantla bərpa etdik.
İmplant
İmplant müasir dövrdə ən zəmanətli diş əkimi üsullardan biridir.
İmplant dişlər orqanizmə yan təsiri olmayan maddələrdən hazırlanmışdır.
İmplant əməliyyatından öncə diş və çənə nahiyəsi müayinə olunur. Demək olar 18 yaşdan yuxarı hər kəs implant əməliyyatına baş vura bilər. İmplant dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədi ilə
çənə sümüyünə yerləşdirilən süni diş köküdür.
İndiki dövrdə diş implantları müzakirəsiz olaraq, təbii dişlərə ən yaxşı
alternativdirlər.
Zirkon
Zirkon karkas keramik örtüklər mexaniki müqaviməti, bioloji uyğunluğu və qırılma müqaviməti ilə digər dental materiallar arasından seçilməkdədir.Diş əti problemləri və allergiyaya səbəb olmaz, işıq keçirmə xüsusiyyəti ilə təbii dişlərə yaxın estetik funksiyasnı əldə etməyinizi təmin edir.
Ən əsası zirkon diş qapaqları insan orqanizminə tam bio uyğundur.
Bəzi hallarda, təcrübəli mütəxəssislər xüsusi implantatlardan istifadə edərək, eynizamanlı implantasiya həyata keçirə bilirlər. Bu zaman implantat və müvəqqəti diş qapağı xarab diş çıxarıldıqdan dərhal sonra onun yerinə taxılır, yəni dişsiz qalıb əziyyət çəkdiyiniz zaman sıfıra endirilir. Avropa və ABŞ-da implantatlar artıq 40 ildir istifadə olunur və bugünədək ən geniş yayılmış protez təminatı üsulu sayılır.
Əvvəl və Sonra
İmplantasiyadan əvvəl və
İmplantasiyadan sonra olan fərq.


Komanda üzvləri

Pərviz İsayev

Nəsrəddin İsayev
