SNN Medical
© 2026 SNN Medical
Sonra
Sonra
Əvvəl
Əvvəl

Zirkon

Prosedur haqqında

Almaniya istehsalı olan yüksək keyfiyyətli zirkon diş qapaqları müasir stomatologiyanın ən qabaqcıl və estetik həllərindən biridir. Zirkon materialı öz möhkəmliyi və aşınmaya qarşı yüksək davamlılığı ilə seçilir, bu səbəbdən uzun müddətli istifadə zamanı ilkin formasını və təbii rəngini mükəmməl şəkildə qoruyub saxlayır.

Zirkonium tam inert materialdır, bu isə onun insan orqanizmi ilə tam uyğunluq təşkil etməsi deməkdir. Allergik reaksiyalara səbəb olmur və ağız boşluğunda maksimum komfort təmin edir. Bu xüsusiyyətlər sayəsində zirkon qapaqlar həm funksional, həm də estetik baxımdan ideal seçim hesab olunur.

Şəkildə qeyd olunan ortopedik konstruksiya həkim-stomatoloq ortoped Mustafa Əliyev tərəfindən beynəlxalq protokollara və tibbi normativlərə tam riayət olunaraq yüksək peşəkarlıqla hazırlanmışdır.

SNN Medical stomatoloji klinikasında Almaniya istehsalı olan İMES ICORE CAD/CAM avtomatlaşdırılmış sistem vasitəsilə diş qapaqları yüksək dəqiqliklə hazırlanır. Bu texnologiya müasir stomatologiyada maksimum dəqiqlik, sürət və keyfiyyət təmin edir.

SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı! 

Zirkon

Oxşar nəticə istəyirsiniz?

Pulsuz konsultasiya üçün qəbula yazılın