SNN Medical
© 2026 SNN Medical
Sonra
Sonra
Əvvəl
Əvvəl

Estetik restavrasiya

Prosedur haqqında

Pasiyentimiz bədbəxt hadisə nəticəsində ön dişinin yarı hissəsini itirmişdir. Klinikamızda aparılan ətraflı müayinə və düzgün planlaşdırmadan sonra estetik diş restavrasiyası həyata keçirildi.

Müasir texnologiyalar və peşəkar yanaşma sayəsində dişin forması, rəngi və təbii görünüşü tam şəkildə bərpa olundu, pasiyentimizin gülümsəməsi yenidən öz estetik gözəlliyini qazandı. Əldə olunan nəticə həm funksional, həm də estetik baxımdan yüksək məmnunluq yaratdı.

Estetik diş restavrasiyasında istifadə olunan materialların keyfiyyəti nəticənin həm görünüşünə, həm də uzunömürlülüyünə birbaşa təsir edir. Bu səbəbdən SNN Medical stomatoloji klinikasında yalnız dünyaca məşhur, Yaponiya istehsalı olan yüksək keyfiyyətli materiallara üstünlük verilir. Asteria və Estelite Sigma Quick estetik kompozit materialları buna ən gözəl nümunədir.

Bu materiallar təbii diş rənginə maksimum uyğunlaşması, yüksək parlaqlığı və uzun müddət estetik görünüşünü qoruması ilə seçilir. Xüsusi texnologiya ilə hazırlanmış tərkibi sayəsində diş səthinə ideal adaptasiya olunur, çeynəmə zamanı yüksək davamlılıq göstərir və minimal aşınma ilə uzun illər xidmət edir.

SNN Medical-da estetik restavrasiya prosedurları zamanı məhz bu kimi etibarlı və keyfiyyətli materiallardan istifadə olunması pasiyentlərimizə həm sağlam, həm də təbii görünən gülümsəmə bəxş edir.

Bütün müalicə stomatoloji protokollara uyğun olaraq SNN Medical Memar Əcəmi filialının həkim-stomatoloqu (ortoped-terapevt) Səbinə Əliyeva tərəfindən həyata keçirilmişdir.

SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı!

Estetik restavrasiya

Oxşar nəticə istəyirsiniz?

Pulsuz konsultasiya üçün qəbula yazılın