SNN Medical
© 2026 SNN Medical
Sonra
Sonra
Əvvəl
Əvvəl

Diş plombları

Prosedur haqqında

Dişlərdə yaranan karies və qeyri-karies boşluqların keyfiyyətli plomba materialları ilə bərpası stomatologiyada ən vacib müalicə prosedurlarından biridir. Bu prosedur diş toxumalarında yaranmış zədələrin aradan qaldırılması və dişin anatomik quruluşunun yenidən formalaşdırılması üçün tətbiq olunur.

Plomblama vasitəsilə kariyes nəticəsində yaranmış boşluqlar doldurulur, dişin funksionallığı bərpa edilir və gələcəkdə daha ciddi zədələnmələrin qarşısı alınır. Eyni zamanda müasir plomba materialları estetik baxımdan təbii dişlərə uyğun rəng və forma ilə hazırlanır, bu da gülüşünüzün təbii görünüşünü qoruyur.

Nəzərinizə çatdırmaq istərdik ki, SNN Medical stomatoloji klinikalar şəbəkəsində Almaniya istehsalı olan ZENIT PRESIDENT DENTAL və Yaponiya istehsalı olan KURARAY NORITAKE DENTAL yüksək keyfiyyətli plomba materiallarından istifadə olunur.

Şəkildə qeyd olunan diş sıralarının kariyesdən müalicəsi, estetik restavrasiyası və funksional bərpası SNN Medical VIP Memar Əcəmi filialının həkim-stomatoloq terapevti Nərmin İsayeva tərəfindən beynəlxalq protokollara və tibbi normativlərə tam riayət olunaraq yüksək peşəkarlıqla həyata keçirilmişdir.

SNN MEDICAL — Sağlamlığınıza Ailə Qayğısı! 

Diş plombları

Oxşar nəticə istəyirsiniz?

Pulsuz konsultasiya üçün qəbula yazılın