SNN Medical
© 2026 SNN Medical
Sonra
Sonra
Əvvəl
Əvvəl

Diastema müalicəsi

Prosedur haqqında

Dişlər arasında yaranan diastemalar (boşluqlar) həm estetik, həm də funksional baxımdan narahatlıq yaradan stomatoloji problemlərdən biridir. Diastemalar genetik faktorlar, dişlərin ölçü fərqləri, diş sırasının pozulması və ya digər ortodontik səbəblər nəticəsində meydana gələ bilər.

Müasir stomatologiyada diastemaların aradan qaldırılması üçün estetik və funksional bərpa üsullarından geniş istifadə olunur. Bu prosedurlar zamanı dişlərin forması və ölçüsü korreksiya edilir, dişlər arasındakı boşluqlar bağlanır və harmonik diş sırası bərpa olunur. Nəticədə pasiyentin gülüşü daha estetik və təbii görünüş alır.

Diastemaların bərpası zamanı istifadə olunan müasir materiallar dişin təbii rənginə və şəffaflığına uyğun seçilir, bu isə maksimal estetik nəticə əldə etməyə imkan verir. Eyni zamanda düzgün planlaşdırılmış müalicə dişlərin funksionallığını qoruyur və uzunmüddətli nəticə təmin edir.

Nəzərinizə çatdırmaq istərdik ki, SNN Medical stomatoloji klinikalar şəbəkəsində bu cür estetik bərpa prosedurları müasir texnologiyalar və yüksək keyfiyyətli materiallar əsasında həyata keçirilir.

Şəkildə qeyd olunan diastemaların aradan qaldırılması, dişlərin estetik restavrasiyası və funksional bərpası SNN Medical klinikasının təsisçisi, həkim-stomatoloq ortoped-implantoloq Pərviz İsayev tərəfindən beynəlxalq protokollara və tibbi normativlərə tam riayət olunaraq yüksək peşəkarlıqla həyata keçirilmişdir.
SNN MEDICAL — Sağlamlığınıza Ailə Qayğısı! 

Diastema müalicəsi

Oxşar nəticə istəyirsiniz?

Pulsuz konsultasiya üçün qəbula yazılın