Breketlər
Prosedur haqqında
Dişlərdə yaranan sıra pozğunluqları, dişlərarası boşluqlar və dişlərin düzgün yerləşməməsi həm estetik, həm də funksional baxımdan narahatlıq yaradan ortodontik problemlərdən biridir. Bu problemlər genetik faktorlar, erkən diş itkisi, zərərli vərdişlər və ya çənə quruluşunun xüsusiyyətləri nəticəsində meydana gələ bilər.
Müasir stomatologiyada bu kimi problemlərin aradan qaldırılması üçün breket sistemləri ən effektiv müalicə üsullarından biri hesab olunur. Breket müalicəsi vasitəsilə dişlər düzgün mövqeyə gətirilir, diş sırası bərpa olunur və harmonik, estetik gülüş əldə edilir. Eyni zamanda düzgün diş düzülüşü çeynəmə funksiyasını yaxşılaşdırır və ağız sağlamlığını qoruyur.
Breket müalicəsi zamanı müxtəlif növ sistemlərdən istifadə olunur. Müasir ortodontiyada aşağıdakı breket növləri geniş tətbiq edilir:
• Metal breketlər
• Keramik breketlər
• Safir (şəffaf) breketlər
• Lingual (daxili) breketlər
• Öz-özünə bağlanan (self-ligating) breketlər
• Estetik breket sistemləri
Bu sistemlər pasiyentin fərdi vəziyyətinə uyğun seçilir və müalicə planı əsasında tətbiq olunur.
Nəzərinizə çatdırmaq istərdik ki, SNN Medical stomatoloji klinikalar şəbəkəsində ortodontik müalicələr müasir texnologiyalar və yüksək keyfiyyətli materiallar əsasında həyata keçirilir.
Şəkildə qeyd olunan ortodontik müalicə — dişlərin düzülüşünün korreksiyası və estetik bərpası SNN Medical klinikasının həkim-stomatoloq ortodontu Əjdər İbrahimov tərəfindən beynəlxalq protokollara və tibbi normativlərə tam riayət olunaraq yüksək peşəkarlıqla həyata keçirilmişdir.
SNN MEDICAL — Sağlamlığınıza Ailə Qayğısı!