Xəyalə Hacıyeva
Ortodont
Həkim haqqında
Həkim-stomatoloq Xəyalə Əfəndi qızı Hacıyeva 1980-ci ildə Bakıda anadan olmuşdur. 1986-1997-ci illərdə məktəb illərində bir sıra fənlər üzrə rayon və şəhər olimpiadalarının qalibi olmuşdur. 1997-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və yüksək qəbul nəticəsi ilə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur.
1997-2002-ci illərdə universitet illərində Tələbə Elmi Cəmiyyətinin Ən Yaxşı Tələbə-Elmi Tədqiqatçısı adına layiq görülmüşdür. 2002-ci ildə ATU-ni əla qiymətlərlə bitirmiş, 2002-2003-cü illərdə 1 saylı şəhər Stomatoloji poliklinikasında internaturanı keçmiş və Ümumi həkim-stomatoloq ixtisasına yiyələnmişdir.
Xəyalə Hacıyeva stomatologiyanın bütün sahələri üzrə həm uşaq, həm də böyüklər üçün peşəkar qəbul icra edir. Peşəkarlığını artırmaq məqsədilə ölkədaxili və ölkəxarici bir çox kurs və təlimlərdə iştirak etmişdir:
- Dr. Filippo Santarkanjelo – “Diş kanallarının təkrar müalicəsi”
- Dt. Dr. Gulcan Şahin – “Uşaq pasiyentlərdə klinik endodonti”
- Dr. Cabbar Həsənov – “A-Z dental implantoloji kursu”
- Prof. Dr. Erhan Çömlekoğlu – “Oklüzyon və temporomandibulyar eklem problemləri”
- Doç. Dr. Enis Güray – “Mənim ortodontiyam”
- Dr. Samir Kərimov – “Anterior və posterior dişlərin estetik və funksional restavrasiyası”
- Dr. Mendosa Yelena – “Estetik restavrasiyalarda səhvlərin işlənməsi”
- Vinir və qapaqlar, Elaynerlərlə ortodontik müalicə, Pitts protokolu, Ortodontiyada mikroimplantlar və s.
2020-ci ildən etibarən SNN Medical klinikasının Memar Əcəmi filialında fəaliyyət göstərir və pasiyentlərinə yüksək keyfiyyətli estetik və funksional stomatoloji xidmətlər təqdim edir.
SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı