SNN Medical
© 2026 SNN Medical
Vüsal Xəlilov
Ortodont
Video

Vüsal Xəlilov

Ortodont

Həkim haqqında

Həkim stomatoloq Vüsal Xəlilov 2011-ci ildə Azərbaycan Tibb Universiteti, Stomatologiya fakültəsinə daxil olmuş və 2016-cı ildə həmin universiteti bitirmişdir. Təhsil müddətində praktiki biliklərini artırmaq üçün 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında fəaliyyətə başlamışdır.

2016-cı ildən bir sıra özəl stomatoloji klinikalarda həkim stomatoloq kimi fəaliyyət göstərmişdir. 2020-ci ildən etibarən SNN Medical stomatoloji klinikasında çalışır. 2021-ci ilin may ayında Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan uğurla keçmişdir.

2013-cü ildən bu günə qədər həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən çoxsaylı konfrans, seminar və kurslarda fəal iştirak etmişdir. O, Türkiyə, Almaniya, Rusiya və İsraildə təşkil olunan beynəlxalq implantologiya konfranslarında iştirak etmiş, həmçinin 2018-ci ildə Bakıda keçirilən İmplantoloqların Beynəlxalq Xəzər Konfransının iştirakçısı olmuşdur.

Həkim Vüsal Xəlilov bu konfranslar və təlimlərdə qazandığı bilik və təcrübəni:

  • estetik diş restavrasiyasında
  • ortodontiyanın təməl prinsiplərində
  • müasir endodontiya prosedurlarında
  • implantologiyada

fəal şəkildə tətbiq edir. Pasiyentlərə fərdi yanaşması, diqqətli və professional xidmət göstərməsi ilə seçilir.
 SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı

Təhsil və ixtisas

Azərbaycan Tibb Universiteti

Sertifikatlar və diplomlar

Bu həkimə yazılın

Mütəxəssislə konsultasiya üçün qəbula yazılın