Ülfət Məmmədov
Implantoloq
Həkim haqqında
Uzman Stomatoloq Ülfət Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universiteti, Stomatologiya fakültəsinə daxil olmuş və 2013-cü ildə məzun olmuşdur. 2013–2016-cı illərdə Azərbaycan Tibb Universitetində rezidentura təhsili alaraq “həkim-mütəxəssis” adını qazanmışdır.
2014–2015-ci illərdə “Öğrenci Değişim” proqramı ilə rezidentura təhsilinin bir hissəsini Türkiyə Cumhuriyyəti, Kayseri şəhəri, Erciyes Universitetində tamamlamışdır. 2016–2017-ci illərdə Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-stomatoloq kimi fəaliyyət göstərmişdir.
2017–2018-ci illərdə Türkiyə Cumhuriyyəti, İstanbul Universitetində staj keçmişdir. 2018–2022-ci illərdə Türkiyənin Trabzon şəhəri, Karadeniz Teknik Universitetində “dişəti xəstəlikləri müalicəsi, cərrahiyəsi və implantologiya (parodontologiya)” üzrə uzmanlıq təhsilini tamamlayaraq “Uzman Diş Həkimi” adını almışdır.
2022-ci ildən etibarən SNN Medical Əcəmi klinikasında Uzman Stomatoloq kimi fəaliyyət göstərir.
SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı