SNN Medical
© 2026 SNN Medical
Ramil Sərdarov
Ortoped-Terapevt
Video

Ramil Sərdarov

Ortoped-Terapevt

Həkim haqqında

Dr. Stomatoloq Ramil Sərdarov 1999–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində ali təhsil almışdır. 2004–2007-ci illərdə klinik internatura və ordinaturanı Rusiyanın Moskva şəhərində yerləşən “Российский Университет Дружбы Народов” universitetində keçmişdir.

Həkim-stomatoloq Ramil Sərdarov daha sonra Azərbaycanda fəaliyyət göstərən özəl stomatoloji mərkəzdə 2008–2009-cu illərdə həkim-stomatoloq kimi fəaliyyətə başlamışdır. 2009-cu ildən etibarən Ramil Sərdarov Rusiyada bir çox özəl stomatoloji klinikalarda həkim-stomatoloq ortoped kimi çalışmışdır:

  • 2009–2010 Intel Med (Moskva, Rusiya)
  • 2010–2011 Medical Life (Bakı, Azərbaycan)
  • 2011–2013 Intel Med (Moskva, Rusiya)
  • 2014–2016 Premium Dental (Bakı, Azərbaycan)
  • 2016–2018 Neodent S (Bakı, Azərbaycan)
  • 2018–2021 Dental World B.İ (Bakı, Azərbaycan)

2022–2024-cü illərdə Ramil Sərdarov Bakı şəhərində fəaliyyət göstərən bir neçə özəl klinikada həkim-stomatoloq ortoped kimi çalışmışdır. 2024-cü ilin aprel ayından etibarən isə SNN Medical stomatoloji klinikalar şəbəkəsinin Memar Əcəmi filialında həkim-stomatoloq ortoped-terapevt kimi fəaliyyət göstərir.

Dr. Ramil Sərdarov Avropa və Asiyada keçirilən stomatoloji konfranslarda müntəzəm iştirakçıdır və dünya stomatologiyasındakı yeniliklərdən daim xəbərdardır.

SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı

Təhsil və ixtisas

Azərbaycan Tibb Universiteti

Bu həkimə yazılın

Mütəxəssislə konsultasiya üçün qəbula yazılın