Pərviz İsayev
Ortoped-İmplantoloq
Həkim haqqında
SNN Medical Stomatoloji Klinikasının Təsisçisi və Baş Həkimi — Həkim-Stomatoloq Pərviz İsayev
Pərviz İsayev 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən etibarən Bakı şəhərində fərdi stomatoloq kimi fəaliyyət göstərmişdir.
2005-ci ildə SNN Medical stomatoloji klinikasını təsis etmiş və bu günə qədər baş həkim vəzifəsində çalışır. Onun rəhbərliyi altında klinika yüksək keyfiyyətli stomatoloji xidmətlər təqdim edir və pasiyent məmnuniyyətini prioritet olaraq saxlayır.
2009-cu ildən etibarən Pərviz İsayev Avropa, Asiya və Amerika qitələrində keçirilən beynəlxalq forum və konfranslarda fəxri qonaq qismində iştirak etmiş, stomatologiya sahəsindəki ən son yeniliklər və texnologiyalarla yaxından tanış olmuşdur. O, 2009-cu ildə Pekində, 2010-cu ildə İsveçrədə, 2015-ci ildə Los-Ancelesdə, 2019-cu ildə Ukraynada və Almaniyada, 2020-ci ildə İsraildə, eləcə də 2021-ci ildə Cənubi Koreyada keçirilən beynəlxalq konfransların iştirakçısı olmuşdur.
2011-ci ildən etibarən Almaniyanın Köln şəhərində keçirilən Dünya Stomatologiya Sərgisinin daimi iştirakçısıdır. 2012-ci ildən “ITI” (International Team for Implantology) təşkilatının üzvüdür.
2020-ci ildə SNN Medical stomatoloji klinikasının ikinci filialını təsis etmişdir. 2025 və 2026-cı illərdə Birləşmiş Ərəb Əmirliklərində keçirilən AEEDC Dubai beynəlxalq stomatologiya konfranslarında iştirak etmiş, dünya stomatologiyasındakı ən son yeniliklərdən geniş məlumat əldə etmişdir.
SNN MEDICAL — Sağlamlığınıza Ailə Qayğısı