Nəsrəddin İsayev
Paradontoloq
Həkim haqqında
əkim Stomatoloq Nəsrəddin İsayev 2014-cü ildə orta təhsilini Bakı şəhərində başa vurmuşdur. Eyni ildə Ukraynanın Xarkov Milli Tibb Universiteti, Stomatologiya fakültəsinə qəbul olub və 2018-ci ildə universiteti bitirmişdir.
2018-ci ildə İsveçrənin Zürix şəhərində “SİSCON” implantoloji kursu, 2019-cu ildə İsrailin Aşdod şəhərində təşkil olunan “MIS – Make it Simple” kursu və 2020-ci ildə Azərbaycan İmplantoloqlar Birliyinin təqdim etdiyi “Anterior Restoration Master Class” və “Anterior dişlərin estetik restavrasiyası” kurslarını bitirmişdir.
2020-ci ildə Almaniyada keçirilən İVOCLAR kursu, eyni il Türkiyədə təşkil olunan ITI – International Team for Implantology implantoloji kursunda təhsil almışdır. 2021-ci ildə Dubayda keçirilən stomatoloji sərgidə iştirak etmiş, 2022-ci ildən etibarən isə ITI – International Team of Implantology üzvüdür. 2023-cü ildən Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvüdür.
2025 və 2026-cı illərdə Birləşmiş Ərəb Əmirliklərində keçirilən AEEDC Dubai beynəlxalq stomatologiya konfranslarında iştirak etmiş və dünya stomatologiyasındakı ən son yeniliklərlə yaxından tanış olmuşdur.
2019-cu ildən SNN MEDICAL VİP filialında həkim stomatoloq kimi fəaliyyətə başlamışdır. 2022-ci ildən etibarən SNN MEDICAL Memar Əcəmi filialının direktoru olaraq çalışır.
SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı