Nərmin İsayeva
Terapevt
Həkim haqqında
Həkim-stomatoloq Nərmin İsayeva 2012-ci ildə orta təhsilini Almaniyada tamamlamışdır. 2013-cü ildə Ukraynanın Xarkov Milli Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunmuş və 2018-ci ildə universiteti uğurla bitirmişdir.
2015–2018-ci illər ərzində Ukrayna, İsveçrə və Azərbaycanda keçirilən müxtəlif stomatoloji kurs və təlimlərdə iştirak etmiş, peşəkar bilik və bacarıqlarını daim təkmilləşdirmişdir. 2018-ci ildə “Este Perio”, “Dentsply Sirona” və “LM Arte” tərəfindən təşkil olunan ixtisasartırma kurslarını müvəffəqiyyətlə tamamlamışdır.
Hal-hazırda Dr. Nərmin İsayeva SNN Medical stomatoloji klinikasında həkim-stomatoloq kimi fəaliyyət göstərir. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən “AEEDC Dubai” beynəlxalq stomatologiya konfransında iştirak edərək, dünya stomatologiyasında tətbiq olunan ən son yenilik və texnologiyalarla yaxından tanış olmuşdur.
Dr. Nərmin İsayeva həm böyüklər, həm də uşaq stomatologiyası sahəsində peşəkar xidmət göstərir və pasiyentlərə fərdi yanaşma, yüksək keyfiyyətli estetik və funksional stomatoloji xidmətlər təqdim edir.
SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı