Namiq Əhmədov
Ortoped Terapevt
Həkim haqqında
Həkim Stomatoloq Namiq Əhmədov 2015–2020-ci illərdə Gürcüstan Respublikası, Tiflis şəhəri, Tiflis Humanitar Universitetinin stomatologiya fakültəsində ali təhsil almışdır. Universiteti bitirdikdən sonra Tiflis şəhərində yerləşən “NEW DENT” klinikasında terapevtik və cərrahi stomatologiya üzrə rezidentura təhsilini davam etdirmiş və paralel olaraq həkim-rezident kimi fəaliyyət göstərmişdir.
2023-cü ildə Azərbaycana qayıdaraq “NB Dental” klinikasında həkim stomatoloq kimi çalışmışdır. 2024-cü ilin fevral ayından etibarən Dr Pərviz İsayevin təsis etdiyi SNN Medical stomatoloji klinikasında həkim stomatoloq ortoped kimi fəaliyyət göstərir.
Namiq Əhmədov həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən stomatoloji seminar və konfranslarda müntəzəm iştirak edir, stomatologiya sahəsində baş verən yenilikləri yaxından izləyir. Həkim pasientlərə cərrahiyə, terapevtik və ortopedik xidmətləri “SNN Medical”ın Nizami filialında təqdim edir.
SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı