Mustafa Əliyev
Ortoped-İmplantoloq
Həkim haqqında
Doktor Stomatoloq (Ortoped-İmplantoloq) Mustafa Əliyev 1974-cü ildə Azərbaycan, Zərdab rayonunda anadan olmuşdur. 1992-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Rusiya Federasiyasının Kemerova Tibbi Akademiyasının Stomatologiya fakültəsinə daxil olmuşdur.
Akademiyanı bitirdikdən sonra 1997–1998-ci illərdə internaturanı keçmişdir. Stomatoloq-ortoped olaraq ilk iş yeri Kemerova şəhərindəki 2 nömrəli poliklinika olmuşdur. Eyni zamanda, həmin şəhərdə yerləşən Smayl özəl stomatoloji klinikasında da fəaliyyət göstərmişdir.
2010-cu ildə Moskva şəhərinə köçdükdən sonra Liderstom klinikalar şəbəkəsində stomatoloq-ortoped kimi 2022-ci ilə qədər fəaliyyət göstərmişdir. 2022-ci ildən etibarən Azərbaycana qayıdan Mustafa Əliyev, Bakıda yerləşən ən son stomatoloji avadanlıqlarla təchiz edilmiş “SNN MEDICAL” özəl stomatoloji klinikasında həkim-stomatoloq kimi fəaliyyət göstərir.
Dr. Mustafa Əliyev dəfələrlə xarici ölkələrdə keçirilən stomatoloji konfranslarda iştirak etmişdir. 2025-ci ildə BƏƏ-də keçirilən “AEEDC Dubai” beynəlxalq stomatologiya konfransında iştirak edərək, dünya stomatologiyasının ən son yenilikləri və texnologiyaları ilə yaxından tanış olmuşdur.
SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı