SNN Medical
© 2026 SNN Medical
Fərəc Həsənov
Ortoped-implantoloq
Video

Fərəc Həsənov

Ortoped-implantoloq

Həkim haqqında

Həkim stomatoloq Fərəc Həsənov 2011-ci ildə Ukraynanın Xarkov Milli Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuş və 2016-cı ildə həmin universiteti uğurla bitirmişdir.

Peşəkar inkişafını davamlı olaraq davam etdirən Dr. Fərəc Həsənov 2018-ci ildə İsveçrənin Zurix şəhərində “SISCON” implantoloji kursunu tamamlamışdır. 2019-cu ildə isə İsrailin Aşdod şəhərində keçirilən “MIS – Make it Simple” kursunda təhsil almışdır.

2020-ci ildə Azərbaycan İmplantoloqlar Birliyinin təqdim etdiyi “Anterior Restoration Master Class”“Anterior dişlərin estetik restavrasiyası” kurslarını bitirmişdir. Həmin ildə həmçinin Almaniyada təşkil olunan IVOCLAR kursu və Türkiyədə keçirilən ITI – International Team for Implantology implantoloji kursunda iştirak etmişdir.

2021-ci ildə Dubayda keçirilən beynəlxalq Stomatoloji sərgidə iştirak etmişdir. 2022-ci ildən etibarən ITI – International Team for Implantology üzvüdür, 2023-cü ildən isə Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvüdür.

2017-ci ildən etibarən SNN MEDICAL VİP filialında həkim stomatoloq kimi fəaliyyət göstərir. Dr. Fərəc Həsənov, müasir implantoloji, estetik və funksional stomatologiya sahəsində pasiyentlərə fərdi yanaşma ilə yüksək keyfiyyətli müalicələr təqdim edir.

SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı

Təhsil və ixtisas

Ukrayna Xarkov Milli Tibb Universiteti

Sertifikatlar və diplomlar

Bu həkimə yazılın

Mütəxəssislə konsultasiya üçün qəbula yazılın