SNN Medical
© 2026 SNN Medical
Əjdər İbrahimov
Ortodont
Video

Əjdər İbrahimov

Ortodont

Həkim haqqında

Dr. stomatoloq-ortodont Əjdər İbrahimov 2008-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Daha sonra 2009-cu ildə Xarkov Dövlət Tibb Universitetinə daxil olmuş və 2014-cü ildə həmin universiteti uğurla bitirmişdir.

Peşəkar inkişafını daim davam etdirən Dr. Əjdər İbrahimov 2011-ci ildə Odessa şəhərində stomatologiyada allerqoloji hallar üzrə kursu tamamlamışdır. Həmin ildə o, SafeSiders®️ və The Endo-Express®️ EDS (USA) endodontik kurslarını da bitirmişdir.

2013-cü ildə RECIPROC və MTWO endodontik kurslarında iştirak etmişdir. 2016-cı ildə Türkiyənin Ankara şəhərində yerləşən Miadent klinikasında 3 aylıq restavrativ və endodontiya üzrə praktiki kurs keçmişdir. Eyni ildə 3 aylıq Latviya stomatoloji implantasiya kursunun iştirakçısı olmuşdur.

2017-ci ildə Astra Tech implant sistemi üzrə kursda iştirak etmiş, həmçinin VII Beynəlxalq Xəzər KonfransıEstePerio konfransının iştirakçısı olmuşdur. 2018-ci ildə III Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresində iştirak etmişdir.

2019-cu ildə BƏƏ-nin Dubay şəhərində keçirilən beynəlxalq stomatologiya sərgisində və elmi mühazirələrdə iştirak etmişdir.

2022-ci ildə dijital ortodontiya və şəffaf kappalarla müalicə kursunu tamamlamışdır. Həmin ildən etibarən “ITI” – International Team for Implantology təşkilatının üzvüdür. 2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilən ITI tədbirinin iştirakçısı olmuşdur.

2023-cü ildə Estetik restavrasiya (Quintessence, Bora Korkut) kursunu tamamlamış, həmçinin funksional ortopediya və gicgah-çənə oynağı problemləri üzrə Dr. Teymur Məmmədov tərəfindən keçirilən kursda iştirak etmişdir.

Dr. Əjdər İbrahimov 2016-cı ildən etibarən SNN Medical stomatoloji klinikasında aparıcı həkim ortodont kimi fəaliyyət göstərir. O, müasir ortodontik müalicə metodlarından istifadə edərək pasiyentlərə həm funksional, həm də estetik baxımdan ideal nəticələr təqdim edir.

SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı

Təhsil və ixtisas

Türkiyə, Ankara Miadent klinikasında 3 aylıq restovrativ və endodontiya üzrə praktiki kurs İxtisasın artırılması • 3 ay
Azərbaycan Tibb Universiteti Stomatologiya • 2008-2009
Ukrayna, Xarkov Dövlət Tibb Universiteti Stomatologiya • 2009-2014

Sertifikatlar və diplomlar

Bu həkimə yazılın

Mütəxəssislə konsultasiya üçün qəbula yazılın