SNN Medical
© 2026 SNN Medical
Anar Yaqublu
Paradontoloq
Video

Anar Yaqublu

Paradontoloq

Həkim haqqında

Doktor stomatoloq-parodontoloq Anar Yaqublu 2015–2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya Fakültəsində tam ali təhsil almışdır. Təhsil müddətinin sonunda o, stomatologiya sahəsində geniş nəzəri və praktik biliklər qazanmışdır.

2020–2023-cü illərdə Azərbaycan Tibb Universitetində Parodontologiya üzrə rezidentura təhsili almış və bu sahədə dərin ixtisaslaşmışdır.

2022-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində, Gazi Universiteti Klinikasında Parodontologiya üzrə rotasiya proqramı keçmişdir.

2023–2024-cü illərdə Parodontoloji kurikulum proqramını uğurla tamamlamış, 2025-ci ildə isə European Federation of Periodontology, Vienna konfransında iştirak etmişdir.

Dr. Anar Yaqublu həm Azərbaycan, həm də Avropa Parodontoloqları Cəmiyyətlərinin fəal üzvüdür.

2021-ci ildən etibarən SNN Medical Klinikasının Memar Əcəmi filialında estetik stomatoloq-parodontoloq kimi fəaliyyət göstərir. Həkim, pasiyentlərin estetik və funksional gülümsəməsini təmin etmək üçün müasir texnologiyalardan, yüksək keyfiyyətli materiallardan və fərdi yanaşmadan istifadə edir.

🦷 SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı

Təhsil və ixtisas

Azərbaycan Tibb Universiteti

Sertifikatlar və diplomlar

Bu həkimə yazılın

Mütəxəssislə konsultasiya üçün qəbula yazılın