Həkim stomatoloq Namiq Əhmədov.
2015-2020-ci illərdə Gürcüstan respublikası Tiflis şəhəri “Tiflis Humanitar Universiteti”nin stomatologiya fakultəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Tiflis şəhərində yerləşən “NEW DENT” klinikasında terapevt stomatologiya və cərrahi stomatologiya üzrə rezidentura təhsilini davam etdirərək paralel olaraq həkim rezident kimi fəaliyyət göstərmişdir.
2023-cü ildə Azərbaycana qayıdaraq “NB Dental” klinikasında həkim stomatoloq kimi fəaliyyətə başlamışdır.
2024-cü ilin fevral ayından etibarən Dr Pərviz İsayevin təsis etdiyi “SNN Medical” stomatoloji klinikasında həkim stomatoloq ortoped kimi fəaliyyət göstərir.
Namiq Əhmədov eyni zamanda həm Azərbaycanda həm də ölkə xaricində keçirilən stomatoloji seminarlarda mütamadi iştirakçı olub industriyada baş verən yeniliklər ilə tanış olur.
Həkim stomatoloq Namiq Əhmədov cərrahiyə, terapiya və ortopediya üzrə pasientlərə “SNN Medical” stomatoloji klinikalar şəbəkələrinin Nizami filialında pasientləri qəbul edir.
🦷 SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı 🦷