Həkim stomatoloq Nəsrəddin İsayev.
2014 cü ildə orta təhsilini Bakı şəhərində bitirmişdir.
2014-cü ildə Ukraynanın Xarkov Milli Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olub, 2018-ci ildə həmin universitetin məzunu olmuşdur.
2018 ci ildə İsveçrənin Zurix şəhərində “SİSCON” implantoloji kursu bitirmişdir.2019 cu ildə İsrailin Aşdod şəhərində təşkil olunan “MİS” Make it Simple adlı kursunda təhsil almışdır.2020 ci ildə Azərbaycan İmplantoloqlar birliyinin təqdim etdiyi Anterior Restoration Master klass” və “Anterior dişlərin estetik restavrasiyası” kurslarını bitirmişdir.2020 ci ildə Almaniyada təşkil olunan İVOCLAR kursu və elə həmin il
Türkiyədə təşkil olunan İTİ “İnternational Team For İmplantology” implantoloji kursunda təhsil almışdır.2021 ci ildə Dubayda təşkil olunan Stomatoloji sərgidə iştirakçı olmuşdur.2022 ci ildən etibarən isə “İTİ” İnternational Team Of İmplantology-nin üzvüdür.2023 cü ildən etibarən Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvüdür.
2019 cu ildən etibarən SNN MEDİCAL VİP filialında həkim stomatoloq kimi fəaliyyətə başlamışdır.
2022 ci ildən etibarən SNN MEDİCAL Memar Əcəmi filialının dirketorudur.
🦷 SNN MEDICAL – Sağlamlığınıza Ailə Qayğısı 🦷