Uncategorized @az

Dişlərimizə zərər verən yanlışlıqlar

Təxminən 2,4 milyard insan diş çürüklərindən əziyyət çəkir. Gün ərzində dişlərimizi təmizləyərkən fərqinə varmadan səhvlər edirik. Bu səhvlər zamanla dişlərimizə zərər verərək diş ağrısı, həm də pul israfı kimi qarşımıza çıxır. Bəs, söhbət hansı səhvlərdən gedir? Dişlərə zərər verən diş qulluğu ilə bağlı səkkiz yanlışı sizinlə paylaşırıq;
Ağızdan gələn pis qoxuya diqqət etməmək
Ağız boşluğundan pis qoxunun gəlməsi gigiyena baxımından sağlamlığın pozulmasına işarə ola bilər. Bu diş əti xəstəliyindən də xəbər verir. Bəzən, ağızdan gələn pis iyin fərqinə varmırıq. Bir çox insanlar bunun səbəbini araşdırmaq əvəzinə qoxunu dəf etməyə, onu başqa ətirvericilər ilə ört-bas etməyə çalışır. Qoxunun olub olmamasını yoxlamaq üçün bu üç yolu sınaya bilərsiniz:

  1. Ovucunuzun içini yalayın;
  2.  5-10 saniyə gözləyin;
  3. Son olaraq ovucunuzu qoxulayın.

Dişlərinizi fırçaladıqdan sonra tez bir zamanda nəsə yemək və içmək
Təbii ki, hər gün səhər dişlərinizi fırçaladıqdan sonra yemək və içki qəbul edə bilərsiniz. Ancaq bunu azaltmaqda fayda var. Bu durum dişlərinizə pis təsir edə bilər. Daha yaxşı olar ki, dişlərinizi gündə iki dəfə və yeməkdən sonra (müəyyən fasilə verməklə) fırçalayasınız.
Dişlərin səhər tezdən yuyulması əgər gözəllik və estetika üçün mütləqdirsə, dişlərin axşam yatmadan öncə yuyulması məhz sağlamlıq baxımından vacib
Gözəllik
Dişlərimizə zərər verən 8 yanlış: diş qulluğu ilə bağlı səhvlər
Dərc etdi Könül Soltanova
Dərc edilmə tarixi 13 Fevral, 2020
Şərhlər
Təxminən 2,4 milyard insan diş çürüklərindən əziyyət çəkir. Gün ərzində dişlərimizi təmizləyərkən fərqinə varmadan səhvlər edirik. Bu səhvlər zamanla dişlərimizə zərər verərək diş ağrısı, həm də pul israfı kimi qarşımıza çıxır. Bəs, söhbət hansı səhvlərdən gedir? Dişlərə zərər verən diş qulluğu ilə bağlı səkkiz yanlışı sizinlə paylaşırıq;
Dişlərə qulluq qaydası

Dişləri fırçaladıqdan sonra ağızı sürətli yaxalamaq
Dişləri fırça ilə yuduqdan sonra ağız boşluğunu su ilə durulaya bilərsiniz. Əsla diş məcununu udmayın və dişlərinizi durulayarkən suyu tələsik tüpürmək əvəzinə, ağzınızda asta-asta hərəkət etdirin, daha sonra suyu xaric edə bilərsiniz. Bu vərdiş diş çürüməsinin qarşısını 25%-ə qədər azaldır.
Dişləri yetərincə fırçalamamaq
Dişlərinizə gün ərzində sadəcə 30 saniyə sərf etmək arzuolunan nəticələr verməyəcək. Bu vəziyyət dişlərinizdə digər problemlərə də yol açacaq. Bütün ağız boşluğu üçün gün ərzində ən azı 2 dəfə, 2 dəqiqə zaman ayırın.
Çox sərt fırçalamaq
Dişləri çox möhkəm fırçalamaq və ya sərt fırçadan istifadə etmək dişin mina qatını zədələyə bilər. Bu isə dişlərdə həssaslığı artırır. Bu zaman sizə uyğun diş fırçası seçmək çox əhəmiyyətlidir. Diş fırçasının seçimi ilə bağlı diş həkiminizdən tövsiyə ala bilərsiniz.
Çok sert fırçalamak
Yeməkdən dərhal sonra dişləri fırçalamaq
Yemək tükətdikdən dərhal sonra dişləri yumaq olmaz, xüsusən də tərkibində turşu (asid) bol olan qida qəbul etmisinizsə. Bu da dişlərin mina qatını aşındıra bilər. Yemək yedikdən sonra 30 dəqiqə fasilə verib dişləri fırça ilə yuya bilərsiniz. Dişləri fırçalamayacağınız halda, sadəcə ağız boşluğunu su ilə yaxalamaq tövsiyə olunur.
Diş fırçasını dəyişdirməmək
Tədqiqatçılar normalda 3 aydan bir diş fırçasını dəyişdirməyi tövsiyə edir. Xüsusən də fırçanın telləri zədələndikdə bunu etməyiniz lazımdır. Bu zaman dişlərin yuyulması daha doğru və hərtərəfli olacaq. Fırçanız dişlərin bütün künclərinə təmas edə biləcək.
Xəstələndikdə diş fırçasını dəyişdirməmək
Dış fırçası ağız boşluğundakı bakteriyaları öldürmür. Buna görə də xəstə olduğunuz dövrlərdə başqa bir dış fırçasından istifadə tövsiyə olunur. Sağalandan sonra yenə diş fırçanızı dəyişməlisiniz.

Uncategorized @az

Diş çəkiləndən sonra

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir.
Stomatoloqlar deyir ki, ən yaxşı və bahalı süni diş heç zaman təbii dişin yerini verə bilməz. Müasir stomatoloji metodikalar hətta qismən dağılmış dişləri bərpa etmək imkan verir.
Lakin bəzən dişi saxlamaq mümkün olmur və həkim xəstənin dişini çəkmək məcbur olur. Dişin çəkilməsi kiçik cərrahiyyə əməliyyatıdır — ağrısazlaşdırma tətbiq edilir, bəzən diş yuvasına tikişlər qoyulur, ağrısızlaşdıran və antibakterial preparatlar («antibiotik»lər) təyin edilir və s. Bu səbəbdən dişi çəkilən insan müəyyən qaydalara əməl etməlidir ki, qanaxma, iltihab kimi fəsadlar inkişaf etməsin.
— Diş çəkiləndən sonra 3 saat ərzində qida və maye qəbul etmək olmaz.
— Fiziki gərginliklər (xüsusilə əyilmək, ağır əşyaları qaldırmaq və s.), isti vanna, sauna  əks-göstərişdir. Bu dişdən qanaxmaya səbəb ola bilər.
— Diş çəkiləndən sonra qarqara etmək olmaz. Bu ağrıların çoxalmasına və diş yuvasının daha gec sağalmasına səbəb ola bilər. 1-2 gündən sonra həkim xüsusi antiseptik preparatlarla olan qarqara təyin edə bilər.
— Adətən ağrısızlaşdıran preparatların təsiri keçdikdən sonsa çəkilmiş dişdə ağrılar əmələ gəlir. Bu zaman ketanov və solpadein kimi preparatlardan birini qəbul etmək olar (qida qəbulu zamanı, bol maye ilə birlikdə).

Əgər sizdə mədə xorası, qastrit kimi xəstəliklər varsa, dərmanın qəbulundan əvvəl həkimlə məsləhətləşin.
— Çox güclü ağrılar iltihabın başlanmasının əlaməti ola bilər. Bu fəsad adətən çətin hallarda xüsusilə molyar dişlərin (arxadakı dişlər) çəkilməsi zamanı inkişaf edə bilər. Ağrılar çox güclüdürsə və dişin çəkilməsindən sonra 2-3 gün ərzində davam edirsə, mütləq stomatoloqa müraciət edin. Diaqnoz təsdiq olunduqda, həkim yerli anesteziyanın köməyi ilə diş yuvasını qandan və infeksiya ocaqlardan təmizləyəcək, xüsusi antiseptik preparatlarla işləməsindən sonra diş yuvasına dərmanla olan tampon qoyacaq.
— Həkimin məsləhəti olmadan çəkilmiş dişə isti və ya soyuq kompreslər etmək olmaz. Bu fəsadların inkişafına gətirib çıxarda bilər.
— Qida yumşaq və ilıq olmalıdır. İsti, çox soyuq, bərk, istiotlu qidaları qəbul etmək olmaz.
— Diş çəkiləndən sonra siqaret çəkmək və spirtli içkiləri qəbul etmək olmaz. Bu pis vərdişlər diş yuvasının sağalmasına mane olur.
— Bəzi hallarda diş çəkilməsindən sonra stomatoloq xəstəyə hər hansı antibakterial preparat («antibiotik») təyin edir. Adətən bu sumamed, amoksiklav və s. kimi preparatlar olur. Bu preparatlar adətən antihistamin prepartlarla (klaritin, taveqil və s.) birlikdə təyin edilir.

Bəzi hallarda «antibiotik»lər xəstəyə dişin çəkilməsindən əvvəl (hazırlıq mərhələsində) təyin olunur. Əgər preparat sizdə allergik reaksiyaya səbəb olubsa (dəridə səpgilər, ödemlər, qaşınma və s.), preparatın qəbulunu dayandırın və bu haqda sizi müalicə edən həkimə məlumat verin.

Heç bir halda həkimin təyinatı olmadan antibakterial preparatları qəbul etməyin.

— Bəzən diş çəkilməsindən sonra evə qayıdan xəstədə təkrar qanaxma inkişaf edə bilər. Bu halda ilk tibbi yardım məqsədi ilə steril tənzifdən tampon düzəldin, onu diş yuvasına qoyun (tampon yanındakı dişlərdən hündür olmalıdır) və dişlərinizlə möhkəm sıxın. Daha sonra uzanın. Adətən bu sadə tədbirdən sonra qanaxma dayanır.
Qanaxmanı dayandırmaq mümkün olmadıqda, qanaxma çox güclü olduqda, dərhal stomatoloji klinikaya və ya xəstəxanaya müraciət edin.
— Diş çəkilməsi günü dişlərin təmizlənməsindən imtina edin. Ertəsi gün dişlərinizi adi qaydada yüngül (!) hərəkətlərlə təmizləyin. Diş fırçası mütləq təzə və yumşaq olmalıdır.
Diş yaxalayıcılardan istifadə etməyin. 2-ci gündən başlayaraq müalicəvi bitkilərlə olan sərin vannalar etmək olar. Bunun üçün adaçayı, palıd qabığı, dazı, çobanyastığı kimi otlardan birinin 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləmək, soyutmaq, süzmək və sonra bu dəmləməni ağızda çəkilmiş diş tərəfində saxlamaq lazımdır. Belə vannalar antiseptik effekt verir və diş yuvasının daha tez sağalmasına kömək edir.

Uncategorized @az

Uşaqların süd dişlərinə qulluq

Bir çox valideynlər uşağın süd dişlərinin vəziyyətinə nəzarət etmir. Lakin bu düzgün deyil. Süd dişlərinə daimi dişlərinə olduğu kimi qulluq etmək lazımdır.
Uşağın süd dişlərini gündə 2 dəfədən az olmayaraq təmizləmək, lazım olduqda müalicə etmək lazımdır.
Uşaq dünyaya gəldiyi andan ana onun sağlamlığının qayğısına qalmalıdır. Bu dişlərin sağlamlığına da aiddir. İlk növbədə ana uşağı 2 yaşına kimi öz südü ilə qidalandırmağa çalışmalıdır. Bu olduqca vacibdir. Ana südündə körpənin sağlamlığı üçün vacib olan bütün maddələr var.

Uşaqlarda hətta 1-2 diş çıxdıqda, onları mütləq təmizləmək lazımdır. Bunun üçün ana barmağına qaynanmış suda isladılmış steril tənzif dolamalı və hər gün səhər və axşam uşağın dişlərini ehtiyatla təmizləməlidir. Bir qədər böyük uşaqlara qida qəbulundan sonra ağzının yaxalamağını və diş fırçası ilə (hələ ki məcunsuz) təmizləməyini öyrətmək lazımdır.
Uşağın bütün süd dişləri çıxdıqda (bu təxminən 2-2,5 yaşında baş verir) uşaq dişlərini diş fırçası və diş məcunu ilə təmizləməyə başlamalıdır. Uşaqların yaşına uyğun xüsusi diş fırçaları buraxılır.
Uşaq diş məcunun tərkibi daha zərərsiz olur. Kiçik yaşlı uşaqlar diş pastasının bir çox hissəsini udur və bu səbəbdən fırçaya az miqdarda məcun sıxın. Uşaq dişlərinin təmizləməyini yaxşı öyrəndikdə (ağzını yaxşı yaxalayır, diş məcununu udmur) böyüklər üçün nəzərdə tutulmuş diş pastalarına keçid alın. Belə pastaların tərkibində çoxlu ftor, fosfor və kalsium var ki, bu zəif süd dişlər üçün olduqca vacibdir.
Bir qədər böyümüş uşağı mütləq fincandan içməyə öyrədin. Əmzikli şüşədən şirin maye içən uşaqların dişləri daha tez xarab olur.
Axşam və xüsusilə də gecə vaxtlarda uşaqlara şirin maye verməyin. Ümumillikdə uşaqları şirin çaya, şirin kompotlara, konfetlərə (xüsusilə karamellərə və «iris»lərə) və s. bu kimi şirniyyatlara öyrəşdirməyin. Şirniyyat kimi uşağa meyvə quruları (ərik qurusu, qavalı qurusu, kişmiş və s.) vermək daha yaxşıdır. 2 yaşından sonra uşağa az miqdarda (!) bal, marmelad, şokolad vermək olar.

Süd dişlərində olan karies mütləq müalicə olunmalıdır. Süd dişlərinin emalı (daimi dişlərlə müqayisədə) daha nazikdir və bu səbəbdən burada karies daha sürətlə inkişaf edir. Vaxtında müalicə olunmadıqda karies fəsadlaşa bilər — irinli iltihablar (pulpit və hətta periodontit) inkişaf edə bilər. Bundan əlavə bu proses sağlam «qonşu» dişlərinə də çox tez keçir.
Kariesli diş (xüsusilə də belə dişlər çox olduqda) orqanizmdə infeksiya mənbəyi yaradır. Bu isə zəif uşaq orqanizmi üçün çox ziyanlıdır — uşağın immuniteti zəifləyir, bu fonda isə uşaqda müxtəlif xəstəliklər inkişaf edə bilər. Bu səbəbdən uşağın dişlərində ilk qara ləkə gördükdə mütləq uşaq stomatoloquna müraciət edin.
Yaxşı uşaq stomatoloqu ciddi səbəb olmadan süd dişi çəkməz, müalicə edər. Süd dişlərin düşünülməmiş çəkilməsi diş-çənə sisteminin pozulmalarına gətirə bilər — «qonşu»  dişlər yerlərini dəyişir, ki nəticədə daimi dişlərin çıxması prosesi çətinləşir. Dişlərin olmaması çeynəmə prosesini də çətinləşdirir. Nəticədə uşaq yaxşı çeynənməmiş qidanı udur ki, bu uşağın həzm sisteminə mənfi təsir edir.
Dişlərin sağlamlığında sağlam qidalanma böyük rol oynayır. Uşaq daim süd məhsullarını (kəsmik, xama, qatıq, kefir və s.) yeməlidir. Bundan əlavə uşağa bərk qidaları vermək lazımdır. Uşaq təzə alma, kök, bişmiş ət, suxarı, qoz-fındıq yeməlidir. Daim yumşaq qidaları (kotlet, banan, püre, sıyıq və s.) yeyən uşaq qidanı düzgün və yaxşı çeynəyə bilmir ki, bu isə dişlərin sağlamlığına mənfi təsir edir.
5 yaşından başlayaraq uşağın süd dişləri seyrək olmalıdır. Əgər dişlər sıx yerləşirsə, bu o deməkdir ki, uşaq lazım olan miqdarda bərk qidaları qəbul etmir. Bunun nəticəsində isə daimi dişlər əyri çıxa bilər.
Beləliklə, süd dişlərinin sağlamlığı daimi dişlərinin sağlamlığının təminatıdır.
Daimi dişlər təxminən 6 yaşından 14 yaşına kimi çıxır. Ağıl dişləri daha gec (bəzən 20-25 yaşında) çıxır. Hal hazırda bir çox insanlarda ağıl dişləri ümumiyyətlə çıxmır.