Stomatoloq-cərrah həkim Ruslan Babaşov 1990-cı ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub, 1993-cü ildə Rusiyanın Novosibirsk şəhərinə köçüb. RF-də orta təhsil aldıqdan sonra Novosibirsk Dövlət Tibb Universitetinə daxil olub.
2016 – Novosibirsk Dövlət Tibb Universitetini bitirib
2016 – “Ümumi praktika üzrə stomatoloq” ixtisası üzrə ilkin akkreditasiya keçib
2016 – 2018 – “Cərrahi stomatologiya” ixtisası üzrə kliniki ordinatura keçib
2016 – 2017 – Kliniki Stomatoloji Poliklinika №3 bazasında ordinatura keçib
2017 – 2018 – Novosibirsk Dövlət Vilayət Klinik Xəstəxanasının Çənə-üz cərrahiyyəsi şöbəsində ordinatura təcrübəsi keçib
2016-2022-ci illərdə Rusiyada müxtəlif klinikalarda stomatoloji cərrahiyyə sahəsində həkim vəzifəsində çalışıb.
2022-ci ildə Ruslan Babaşov Azərbaycana qayıdıb və SNN Medical stomatoloji klinikasında işləməyə başlayıb.
Hal-hazırda Dr. Ruslan Babaşov aşağıdakı əməliyyatları icra edir: Uşaqların və böyüklərin qəbulu, hər növ çətinlikdə diş çıxarılması, frenoplastika, yaraların cərrahi işlənməsi, radikulyar kist əməliyyatları, yeni törəmələrin kəsilməsi, implantasiya, ortodontik vintlərin qoyulması, dişi qoruyucu əməliyyatlar, uşaqların və böyüklərin çənə-üz nahiyəsinin travmaları, çənə-üz nahiyəsi xəstəlikləri və s.
🦷 SNN MEDICAL Sağlamlığınıza Ailə Qayğısı 🦷