Uşaq stomatologiyası

Razılaşaq ki,uşaqlar həyatımızdaki ən dəyərli varlıqlarımızdır. Valideynler evə necə yorğun gəlir gəlsin övladlarının bir gülüşü onların bu yorğunluğunu unutdurur.

Hər bir valideyni də narahat edən bir sual var,uşaqların diş baxımı ve hansı stomatoloqa müraciət etməli olduğu.

Çünki çox valideyn hətta özü stomatoloqa müraciət etməkdən qorxur.

Modern stomatologiya anlayışı keçmiş əsri kölgədə qoyub artıq. Keçmiş vaxtlarda edilən müalicə üsullari ilə indikilər arasında dağlar qədər fərq vardır.

Lakin keçmişdən bəri gələn və artıq insanların da zehinlərinə yerləşmiş bu qorxuya müasir stomatologiya son verir.

Çünki artıq hər bir prosedurlar pasient üçün tam komfortlu və ağrısız şəkildə həyata keçirilir. Hər bir valideyn özü belə müalicəyə gələrkən övladını da yanına gətirib stomatoloqla tanış etməlidir ki onun beyninde stomatoloq qorxunc biri kimi qalmasın.

Bu onun gələcəkdə də formalaşmasına kömək edəcəkdir. Bizim klinikada uşaqlara yanaşma tərzi fərqlidir. Xoş ünsiyyet,əyləncəli söhbətlər, dişləri model üzerində fırçalama qaydalarının öyrədilməsi və s.

Əziz valideynler övladınızı tam əminliklə bizə əmanət edə bilərsiniz .

Banner

pdf file
size: 0 kb

İş saatları

Bazar e. - Cümə
09:00 - 20:00
Şənbə
10:00 - 20:00
Bazar
İSTİRAHƏT