Terapiya

MÜALİCƏ

Karies və ağırlaşmaları, qeyri-karioz xəstəliklərin müalicəsi klinikamızda ən son texnologiya və müasir üsullarla aparılır.

 

Praktik olaraq müalicəyə ağrısızlaşdırılma ilə başlayırıq, elə pasientlərin də qorxduğu iki haldan biri ağrı hissidirsə digəri də bu agrı hissini aradan qaldırmaq üçün sərt olan etap ağrısızlaşdırılmadır. Əmin ola bilərsiniz ki anesteziya da klinikamızda tamamilə ağrı hissi olmadan aparılır.

 

Uğurla aparılan anesteziyadan sonra isə müalicənin sonuna kimi heç bir ağrı hissiyatı olmur. Karies, ağırlaşmaları və qeyri karioz xəstəliklər müalicəsində sonra sərt toxumalar ən yeni materiallar və metodikalarla restavrasiya edilir və öz anatomik formasına qaytarılır.

 

Müasir materiallardan, metodikalardan istifadə və həkimlərimizin klinik düşüncələrinin vəhdəti işimizin nəticəsini daha da mükəmməl edir.

 

 

PROFİLAKTİKA

 

Sağlam dişlərə sahib olmaq üçün fərdi gigiyena qaydalarına və profilaktikaya düzgün şəkildə riayet etmək,düzgün diş fırçası və pastadan istifadə etmək lazımdır.

 

Lakin bütün bunlara riayət etmək tam şəkildə Profilaktikaya əməl etmək demək deyil. Ağız  boşluğunun tam gigiyenasını ev şəraitində təmin etmək də heç də mümkün olmur.

 

Onun üçün də ildə iki dəfə stomatoloqa müraciət etməlidir. Klinikamıza gigiyena və profilaktika üçün müraciət edən pasientlərimiz professional və keyfiyyətli xidmətlə qarşılaşacaqlar.

 

Ağız  boşluğu diş ərpi və diş daşlarından tam şəkildə azad olunur, həkimlər tərəfindən vəziyyıtinizə uyğun tam ixtisaslı məsləhətlər  verilir.

Banner

pdf file
size: 0 kb

İş saatları

Bazar e. - Cümə
09:00 - 20:00
Şənbə
10:00 - 20:00
Bazar
İSTİRAHƏT