Ortodontiya

Diş-cənə anomaliyalarının və yalnış dişləmin bərpa edilməsi haqqında bölmədir. 90% insanlarda ortodontik problemlər vardır ki,hətta bəzi insanlar bunun varliğından xəbərsizdir. Yalnış dişləm ve diş sırasındakı qüsürlar bir çox xoşagəlmez hallara – baş ağrıları, qulaqlarda küy ve başqa LOR , mədə xəstəlikləri, nitq pozğunluğu ve s. səbəb olur. Bütün bunlarla yanaşı bilirik ki gözəl təbəssüm uğurun vizit kartıdır ,düzgün olmayan dişlər isə sizin gülüşünüzü estetik etmir.

 

Klinikamızda pulsuz konsultasiya zamanı professional ortodont həkimlərimiz diaqnoza uyğun müalicə planlaması aparır ve sizə mümkün olan ən düzgün ortodontik müalicəni seçirlər.

 

SNN Medical klinkasında  ortdontik müalicə zamanı tətbiq olunan aşağıdakı breket növlərindən istifadə edilir.

1.Metal breketlər-ən çox istifadə olunan breket növüdür. İstifadəsi çox rahatdır, dişə çox yaxşı fiksə olunur, asan idarə olunur.

2.Estetik breketlər(keramik,plastik)- Əsas müsbət cəhəti estetik nöqteyi tərəfindəndir. Demək olar ki,dişlərinizdən seçilmir. Estetik breketlerden istifadə ağız boşluğunun gigiyenasına həddən artıq diqqət edilməsini tələb edir, aşağı çənədə istifadəsi həmişə mümkün olmur ve nəhayət müalicə muddəti uzanmış olur.

 

Ortodontik müalicənin  sonunda breket ağrısız çıxarılır və gecə istifadəsi üçün retension apparat hazırlanılır. Ortodontik müalicənin nəticəsi isə  99% hallarda pasientin həkimin məsləhətlərinə, vaxtaşırı müayinəyə nə dərəcədə ciddi yanaşmasından asılıdır.

Banner

pdf file
size: 0 kb

İş saatları

Bazar e. - Cümə
09:00 - 20:00
Şənbə
10:00 - 20:00
Bazar
İSTİRAHƏT