Haqqımızda

Klinika haqqinda məlumat

2005-ci ilin iyun ayından fəaliyyətə başlayan klinikamız estetik stomatologiya və implantologiya üzrə qurulmuşdur. ”Gözəllik sağlamlıqdan başlayır”prinsipi ilə yola çıxan klinikamız öz dəsti-xəttini qorumağa davam etməkdədir.

Klinikamızda görülən işlərin tək hədəfi sağlamlıq olduğu üçün bütün işlərimiz yüksək ixtisaslı həkimlərin nəzarəti altında həyata kəçirilir. Professionallıq, peşəkarlıq, düzgünlüyə görə məsuliyyət əsas prinsiplərimizdir.

Klinikamizda əsasən xəstəliklərin profilaktikasına diqqət yetirilir, yəni nəticə müalicə edilməmişdən öncə səbəb aradan qaldırılır. Ən önəmlisi isə biz yalnız sizin üçün  daim inkişaf edib təkmilləsirik.

Klinikamızda görülən işlərin keyfiyyəti və nəticəsi yüksək səviyyədə olduğu qədər, personalın gülər üzü və pasientlərə göstərdiyi diqqət də çox önəmlidir. Xəstələrimizin məmnun qalmasını təmin etmək klinikamızın başlıca prinsiplərindəndir.

Münasib qiymətlərlə pəşəkar fəaliyyətdə göstərən SNN Medical komandasi olaraq biz hər bir kəsə fərdi yanaşib pasientə lazım olmayan xidmətləri tətbiq etmirik. Burada vicdanla, məqsədə uyğun hərəkət edilir, pasienti tam razı salacağ şəkildə müalicələr aparılır.

Biz əlimizdən gələni edirik ki, klinikamız bizə müraciət edən hər bir pasient üçün təhlükəsiz və tam komfortlu olsun. Təbii dişlərin sağlamlığının saxlanılması əsas diqqət göstərdiyimiz məsələdir.SNN Medical klinikası olaraq sizlərə düzgün diaqnoz, düzgün müalicə və lazımı profilaktik tədbirlər təklif ədirik.

Öz sağlamlığınızı təcrübəli əllərə etibar edin.

Qaynar xətt +99450 213 25 64